Xəbər lenti

Vağzalda porno QALMAQALI
Dünya17:57 02.07.2013

Vağzalda porno QALMAQALI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində kompüter mütəxəssisinin diqqətsizliyi ucbatından dəmiryolu stansiyasında sərnişinlərə 10 dəqiqə erotik film göstərilib. 

ANN.Az-ın  xəbərinə görə, Çinin şimal-şərqindəki Szilin şəhərində böyük ekranın təmiri üçün çağırılmış IT-mütəxəssisi iş yerində pornoqrafiyaya baxarkən yaxalanıb. 

Yuan soyadlı işçi özünün portativ kompüterini LED-monitora calayıb. Təmir başa çatandan sonra işçi istirahət etmək qərarına gəlib və noutbukunda erotik filmə baxmağa başlayıb. 

Dəmiryolu qovşaq stansiyasındakı sərnşinlər, həmçinin yaxınlıqdan keçənlər adətən reklamlar nümayiş etdiriləm ekrandakı  kadrları görüb heyrətə gəliblər.

Yuanın diqqətsizliyi 10 dəqiqədən sonra, ona edilən çoxsaylı zənglərdən sonra aradan qaldırılıb. Biabır olan kompüterçi dərhal bağlantını kəsib və diski pəncərədən çölə atıb. 

Hadisə barəsində polisə məlumat verilib. Günahkar barəsində hansısa ittihamın irəli sürülüb-sürülməyəcəyi məlum deyil. 

Qaynar.info