Xəbər lenti

Vəfa Quluzadə: "Rusiyanın beli qırılıb" - AÇIQLAMA
Ölkə12:41 19.02.2014

Vəfa Quluzadə: "Rusiyanın beli qırılıb" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada "Euromeydan"da nümayişçilərlə polis arasında baş verən qaruşıdurma davam edir. Bir çox ekspertlərin fikrincə, Ukrayna hakimiyyəti Rusiyaya arxalanaraq nümayişçilərə qarşı güc tətbiq edir. 

Politoloq Vəfa Quluzadənin fikrincə, Ukrayna məsələsi artıq Rusiyanın nəzarətindən çıxıb: "Ukrayna Avropaya inteqrasiyaya etmək istəyir. Bunu Yanukoviç özü də bəyan etmişdi. Xalqına söz vermişdi ki, avrointeqrasiya yolunu tutacaq. Vilnus görüşü yaxınlaşanmda Yanukoviç xalqı aldatdı, məlum oldu ki, o, Putinlə gizli sövdələşmə aparıb və "Gömrük İttifaqı"na qoşulacaq. Bu səbəbdən Ukraynada etirazçı kütlə ayağa qalxdı və bu qarşıdurma yarandı. İndi Putin və Yanukoviç hakimiyyəti radiakalları günahlandırırlar ki, qarşıdurmanı onlar yaradıb. Düzdür, Yanukoviç qorxur, çünki Ukrayna Rusiya deyil. Ukraynada güc işlətmək həqiqi vətəndaş müharibəsinin yaranmasına gətirib çıxarda bilər".

"Rusiya bölgədə hegemonluq iddiasındadır. Necə düşünürsünüz, Rusiya öz hegemonluğunu axıra qədər saxlaya biləcəkm?" sualına V. Quluzadənin cavabı belə oldu: "Rusiyanın hegemonluğu 91-ci ildə sona çatdı. Rusiyanın beli 90-larda qırıldı.  Bu məsələ aydındır. Putin hakimiyyəti keçmiş postsovetdəki gücünü qaytarmaq istəyir. Rusiya ermənilərin adı ilə gəlib torpaqlarımızı işğal edib. Abxaziyanı işğal edib. Rusiya çalışır ki, yenidən sovet ittifaqını yaratsın və hamımızı yenidən işğal etsin. Putin bu istiqamətdə müqavimət göstərir. Ancaq onun müqavimətinə qarşı Ukrayna xalqı kimi çıxanlar da var. Ona görə də bu hegemonluğu yenidən bərpa etmək mümkün olmayacaq".

Qaynar.info