Xəbər lenti

Vəfat etmiş fahişəxana sahibi seçkilərdə qələbə qazandı
Dünya11:07 08.11.2018

Vəfat etmiş fahişəxana sahibi seçkilərdə qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da ötən ay vəfat edən Dennis Hof Nevada ştatında əyalət məclisi seçkilərində qələbə qazanıb.
Qaynarinfo xəbər verir ki, 16 oktyabrda 72 yaşını porno ulduzlar və siyasətçi dostları ilə qeyd edərkən ölən Hofu təmsil etdiyi Respublikaçılar Partiyasından digər şəxs əvəzləyəcək. Nevadada seçki qanununa görə, ölən şəxsi partiyanın seçdiyi siyasətçi əvəzləyə bilər. 
Qeyd edək ki, Dennis Hof sahib olduğu fahişəxanalarla tez-tez gündəmə gəlirdi. O, Nevadada 7 fahişəxanaya rəhbərlik edirdi. Hof həmçinin "Cathouse" adlı sənədli filmdə də oynayırdı.
Gülşən