
Tanzaniyada leopard balasına sahib çıxan ana aslan bütün dünyanın təəccübünə səbəb olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, fotoqraf Yup Linde tərəfindən çəkilən görüntülərdə aslan leopard balasını əmizdirir. Aslanın iyunun sonlarında 3 körpə dünyaya gətirdiyi bildirilir.
Böyük pişiklər barədə ixtisaslaşan professor Lyuk Hanter bildirir ki, aslanların digər aslanların balalarına sahib çıxdığı məlumdur, lakin leopard balasına analıq etdiyini birinci dəfədir görürük.
Qeyd edək ki, leopardlar aslanların əsas rəqibi hesab edilir. Aslanlar leopard balalarını öldürməyə meyilli olurlar.
Gülşən
Qaynarinfo.Az




