Xəbər lenti

Vəkil Leyla Yunusla görüşə bilməyib
Siyasət15:33 22.09.2014

Vəkil Leyla Yunusla görüşə bilməyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalid Bağırov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşə bilməyib.

Sentyabrın 22-də Bakı İstintaq Təcridxanasına baş çəkən vəkil Xalid Bağırov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşə bilməyib. Vəkil “Media forum” saytına bildirib ki, nəzarətçilər Leyla Yunusun xəstə olduğunu və görüşə gəlmək istəmədiyini bildiriblər: “Leyla xanım telefon əlaqəsi saxlamaq istədiyimi bildirdim, lakin nəzarətçilər bunun da mümkün olmadığını dedilər. Leyla Yunusun saxlandığı kamerada yaranmış son durum fonunda vəkillə görüşə gətirilməməsi, onunla telefon əlaqəsi saxlanmasına imkan verilməməsi ciddi narahatlıq yaradır”.

Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus isə avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.

Qaynar.info