Xəbər lenti

Vəkilə Natiq Cəfərli ilə görüş imkanı verilmir
Siyasət08:41 31.08.2016

Vəkilə Natiq Cəfərli ilə görüş imkanı verilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Elçin Sadıqova Respublikaçı Alternativ Hərəkatının icra katibi Natiq Cəfərli ilə görüşə imkan verilməyib.

Qaynarinfo.Az-a bu barədə məlumatıı Elçin Sadıqov verib. 

Elçin Sadıqov

Vəkilin sözlərinə görə, 15 avqust 2016-cı il tarixdən Natiq Cəfərlinin müdafiəsinə qoşulub:"Vəkil orderinin əslini, şəxsiyyət vəsiqəmin və vəkil vəsiqəmin surətini Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edib Natiq Cəfərli ilə görüş tələb etməyimə baxmayaraq bu günədək Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi mənim Natiq Cəfərli ilə görüşümə qanunsuz olaraq icazə vermir". 

Vəkil qeyd edib ki, bununla da Natiq Cəfərlinin müdafiə hüququnu kobud şəkildə pozulub.

Xatırladaq ki, Respublikaçı Alternativ hərəkatının icraçı katibi Natiq Cəfərli 12 avqust 2016-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 192.1-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci ( vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddələri ilə təqsirli bilinir.

ReAl Hərəkatı Natiq Cəfərlinin həbsini siaysi sifariş hesab edir.

Qaynarinfo.Az