Xəbər lenti

Vəkili İlqar Məmmədovla görüşə buraxmadılar
Siyasət11:11 07.03.2016

Vəkili İlqar Məmmədovla görüşə buraxmadılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vəkil Fuad Ağayev REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşə buraxılmayıb.

Qaynar.info-ya bu barədə məlumat REAL Hərəkatından daxil olub.

Məlumata görə, bu gün - 7 mart 2016-cı ildə vəkil Fuad Ağayevi 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan İlqar Məmmədovun yanına buraxmayıblar: "Səbəb kimi, Fuad Ağayevin 2016-cı il üçün görüşlə bağlı məktubunun olmadığını göstəriblər. Halbuki Fuad Ağayev 2016-cı ildə artıq bir neçə dəfə İlqar Məmmədovla görüşüb".

Vəkil Fuad Ağayev

REAL Hərəkatın məlumatın sonunda qeyd edir ki, vəkilə belə bir icazənin verilməməsi qanunsuz olmaqla bərabər, İlqar Məmmədova növbəti təzyiq vasitəsi hesab edilir.

Qaynar.info