Paytaxtın karaoke barına gələnlərin ukraynalı "Okean Elzy” qrupunun mahnısını ifa etmək istəyi poqromla başa çatıb.
Qaynarinfo SHOT
kanalına istinadən xəbər verir ki, Timiryazevskayadakı müəssisədə istirahət edənlərdən biri Ukraynanın "Okean Elzy” qrupundan mahnı sifariş edib. Bundan sonra yaxınlıqdakı masada oturan qadın musiqi "avadanlığına çırpmağa, sonra qabları sındırmağa” başlayıb və əri polisə zəng edərək barda "millətçi Ukrayna mahnılarının” səsləndiyini bildirib.
Öz növbəsində qurumun əməkdaşları da polisə müraciət edərək, müştəriləri sakitləşdirmək üçün kömək istəyiblər.
Polis hadisə yerinə gələndə müğənni Vakarçukun mahnısını sevənlərin qrupu artıq müəssisəni tərk etmiş olub. Barı dağıdan ər-arvad barəsində xırda xuliqanlıq faktı üzrə protokol tərtib edilib. Hadisənin başqa detalları araşdırılır.
Bundan əvvəl Dövlət Dumasının deputatı, NOD-un koordinatoru Yevgeni Fyodorov mediaya bildirmişdi ki, "Okean Elzi”nin Ukrayna dilində olan mahnılarının sözlərində ekstremizm olub-olmaması yoxlanılacaq və qanun pozuntuları aşkar edilərsə, o, prokurorluğa sorğu göndərəcək. Mətbuat anti-Rusiya xarakterli açıqlamalar verən qruplaşmanın lideri Svyatoslav Vakarçukun 50 il müddətinə Rusiyaya girişinə qadağa qoyulduğunu da yazıb.
Alpər
Şərhlər