İdman 09:35 07.07.2022

Velosipedçimiz dünya reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub

Trek velosipedi üzrə 23 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayan Xankişiyeva İtaliyada keçirilən beynəlxalq yarışda iştirak edib.
 
Velosiped Federasiyasından Qaynarinfo-ya verilən məlumatta görə dünyanın ən güclü trek velosipedçilərinin mübarizə apardığı yarışda millimizin üzvü uğurlu nəticələrə imza atıb.
 
O, əldə etdiyi nəticələrə əsasən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) trek velosipedi üzrə reytinq cədvəlində yer alan ilk yerli xanım idmançı olub. 21 yaşlı velosipedçi yarışda 35 xal toplayıb və UCİ-nin dünya reytinq cədvəlində 297-ci pillədə yer alıb. Azərbaycan isə dünya reytinq cədvəlində 35 xalla 45-ci pillədə qərarlaşıb.
 
Velosipedçimiz yarışda trek velosipedinin xallar üzrə qrup ötüşməsində 10-cu, çıxma növü üzrə qrup ötüşməsində 11-ci, skreç üzrə qrup ötüşməsində isə 5-ci yerə layiq görülüb.
 

 
Səbuhi Həsənov