İtaliyanın "Eni" şirkəti üçün nəzərdə tutulan 650 min barellik Venesuela xam nefti qitəyə göndərilmək üçün Avropaya yola salınır.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
May ayında ABŞ Dövlət Departamenti İtaliyanın "Eni" və İspaniyanın "Repsol" şirkətlərinə məktublar yazaraq, onlara OPEC-dən milyardlarla dollar borc müqabilində Venesuela xam neftinin idxalına başlamaq icazəsi verib.
"Eni" şirkətinə məxsus ikinci neft tankeri "Pantanasa" hazırda Venesuelaya gedir və Avropaya 2 milyon barel neft çatdıracağı gözlənilir.
Məhsul bu ayın sonunda Venesuela dövlət neft şirkəti tərəfindən "Eni"yə çatdırılacaq və şirkət xam neftin bir hissəsini Kartagena və Bilbao neft emalı zavodlarında istifadə etmək üçün İspaniyanın "Repsol" şirkətinə satacaq.
Malta bayraqlı "Pantanasa" neft tankeri Amova limanında gəmidən gəmiyə transfer yolu ilə Venesuela neftini qəbul etməyə hazırlaşır.
Vurğulanır ki, Venesuelanın neft ixracı may ayında son 19 ayın ən aşağı səviyyəsinə düşür.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətu dövründə Venesuela neftinə ağır sanksiyalar tətbiq edilib.
M.Arıf