Xəbər lenti

Venesuela qaranlığa qərq oldu, Maduro ABŞ-ı günahlandırdı
Dünya07:34 08.03.2019

Venesuela qaranlığa qərq oldu, Maduro ABŞ-ı günahlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuelanın Simon Bolivar adına ən böyük su elektrik stansiyasında yaranann nasazlıq səbəbindən ölkənin 20 əyaləti, o cümlədən paytaxt Karakas işıqsız qalıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Milli Elektrik Şirkətinin verdiyi açıqlama görə hadisə qəsdən törədilib. Venesuela prezidenti Nikolas Maduro bu işdə ABŞ-ın barmağı olduğunu deyib.
ABŞxarici işlər naziri Maykl Pompeo isə cavabında ittihamların əsassız olduğunu və bunun Maduro hökumətinin yarıtmaz siyasətinin nəticəsi olduğunu bildirib.
Bir müddət öncə özünü Venesuelanın yeni prezidenti elan etmiş Xuan Quaydo da iqtidar rejimi günahlandırıb və indiyə kimi ölkənin belə qaranlıqla qarşılaşmadığını söyləyib.