ABŞ dövlət katibi Mayk Pompeo amerikalı diplomatların Venesuelanı tərk etməyəcəklərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ-la diplomatik əlaqələri kəsərək diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib.
Ötən gün müxalif qüvvələrin nəzarətindəki Milli Məclis rəhbəri Xuan Quaydo özünü ölkənin müvəqqəti rəhbəri elan edib. ABŞ prezidenti Donald Tramp isə Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdığını açıqlayıb.
Qeyd edək ki, Venesuelanın paytaxtı Karakas və digər ərazilərdə Maduro dəstəkçiləri və müxalif qüvvələr nümayişlər keçirir. Polisin müxalif qüvvələrə açdığı atəş nəticəsində 16 nəfər ölüb. Etirazlar zamanı həbs edilənlərin sayı 218 nəfərə çatıb. Hazırda Karakasda qarşıdurmalar davam edir.