
Venesuela müxalifətinin çağırışı ilə milyonlarla insan etiraz aksiyalarında iştirak edir.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, etirazçılarla polis arasında yaşanan qarşıdurma nəticəsində 3 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Aprel ayında bəri aksiyalarda ölənlərin sayı isə 100 nəfərə çatıb. Etirazçılar paytaxt Karakas və digər bölgələrdə zibil və mebellərdən barrikadalar qurub, lakin insanlar gündəlik həyatlarına davam edirlər. Hər gün mağazalar açılır, iş yerləri fəaliyyət göstərir, insanlar rahat küçəyə çıxa bilirlər.
Kasıblıq, aclığın hökm sürdüyü ölkədə mitinqlərin səbəbi ölkə prezidenti Nikolas Madurodur. Mart ayında parlamenti buraxan prezident, 30 iyul tarixində konstitusiyaya dəyişiklik barədə referendum keçirmək niyyətindədir, lakin insanlar seçkilərin ləğv edilməsini tələb edir.
Çox sayda insanın həbs olunduğu ölkədə baş verən proseslərə münasibət bildirən Kolumbiya, Fransa, İspaniya, ABŞ və Avropa İttifaqı Maduronu referendumun ləğvinə səsləyir.
Gülşən
Qaynarinfo.Az







