Venesuelada dövlət çevrilişi baş tutmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro videomüraciətlə çıxış edib. O, müxalifət tərəfindən təşkil edilən hərbi çevrilişin qarşısını aldığı üçün ordunu təbrik edib. Qiyam zamanı 5 hərbçi yaralanıb.
Qeyd edək ki, ötən gün özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo bir qrup hərbçinin dəstəyi ilə hərbi qiyam elan edib və çevrilişin başladığını bildirib.
Gülşən