
Venesuelanın müxalif liderləri Leopoldo Lopez və Antonio Ledezmanın evlərinə basqın edilib və polis tərəfindən aparılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, müxalif liderlərin ailələri prezident Nikolas Maduronun onların həyatına görə məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, ölkədə mart ayından bəri gərginlik davam edir və etiraz askiyaları səngimək bilmir. ABŞ, Kolumbiya, Meksika, Argentina və bir çox dünya ölkələri tərəfindən tanınmayan parlament seçkilərindən sonra ölkədə vəziyyət daha da qarışıb. 18 milyon seçicinin olduğu ölkədə yalnız 41% seçkilərdə iştirak edib. Heç bir müxalifət nümayəndəsi seçkilərdə namizədliyini irəli sürməyib və 545 deputatın hamısı hakim partiya üzvlərindən seçilib.
Gülşən
Qaynarinfo.Az