Xəbər lenti

Vens rəsmən respublikaçıların vitse-prezidentliyə namizədi oldu
Dünya 10:38 18.07.2024

Vens rəsmən respublikaçıların vitse-prezidentliyə namizədi oldu

Ohayo ştatından senator Cey Di Vens respublikaçıların vitse-prezidentliyə namizədliyini rəsmən qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu, çərşənbə günü axşam Miluokidə Respublikaçıların Milli Qurultayında baş verib. Çıxışı zamanı Vens Trampın "Amerikanı birinci yerə qoyacağını” söyləyib və sui-qəsd cəhdindən sonrakı gecəni "ümid gecəsi” adlandırıb.

İlk Tramp-Vens kampaniya mitinqi şənbə günü Miçiqanda keçiriləcək.

Həmçinin çıxışı zamanı tənqidçidən Trampın müttəfiqinə çevrilmiş Vens Co Baydenin siyasətini tənqid edib və respublikaçıların səs uğrunda mübarizə apardığı ştatlarda ağdərili işçi sinfindən olan seçicilərə müraciət edib.

Vens həmçinin qeyd edib ki, dünyadakı müttəfiqlər "dünya sülhünün təmin edilməsi yükünü paylaşmalıdırlar”.

"Amerikalı vergi ödəyicilərinin səxavətinə xəyanət edən ölkələr üçün artıq pulsuz səyahətlər olmayacaq”, - o deyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->