Məlumat bazasının genişləndirilməsi ilə əlaqədar vergi bəyannamələri və onların əlavələrinin formalarında düzəlişlər edilməsinə zərurət yaranıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Qaynarinfo-ya verilən məlumata əsasən, bununla əlaqədar "Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, "Mədən vergisinin bəyannaməsi” və onların əlavələrinin formalarına, o cümlədən tərtib edilməsi qaydalarına dəyişiklik edilib.
Yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları ilə Dövlət Vergi xidmətinin rəsmi
saytında tanış olmaq mümkündür.