Xəbər lenti

Vergilər Nazirliyi yanında yeni departament yaradıldı
Ölkə15:37 19.05.2016

Vergilər Nazirliyi yanında yeni departament yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vergilər Nazirliyi yanında yeni departament yaradılıb.

Nazirlikdən qaynarinfo.az-a verilən məlumata görə, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi məlumatlandırılması işinin və vergi qanunvericiliyinə əməl edilməsi səviyyəsinin artırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilərək, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb.

Vergi ödəyicilərinə xidmət baş idarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov həmin departamentin rəisi vəzifəsinə keçirilib.

Qaynarinfo.az