"Vesna” hərəkatı Rusiya prezidenti Vladimir Putinin elan etdiyi səfərbərliyə qarşı ümumrusiya etirazına çağırıb.
Fəallar vətəndaşlara sentyabrın 21-i saat 19:00-da yaşadıqları şəhərin mərkəzində toplaşmağı təklif edirlər.
"Minlərlə rusiyalı kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin cənginə düşəcəklər. Onlar nə üçün öləcəklər? Analar və uşaqlar nəyə görə göz yaşı tökəcəklər?” - hərəkatın müraciətində
deyilir.
Xatırladaq ki, bu gün, sentyabrın 21-də Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. O, ruslara müraciətində bunun "vətənimizi, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq, işğaldan azad edilmiş ərazilərdə xalqımızın və insanlarımızın təhlükəsizliyini təmin etmək üçün” edildiyini bildirib. Yalnız ehtiyatda olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar.
Nizami Bağırov