Xəbər lenti

"Vətən müharibəsində İlham Əliyevi sərkərdə kimi tanıdıq” (ŞƏRH)
Siyasət11:43 07.11.2022

"Vətən müharibəsində İlham Əliyevi sərkərdə kimi tanıdıq” (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz Prezident İlham Əliyevi mülki hakimiyyət rəhbəri kimi, bir diplomat kimi tanıyırdıq. Amma sərkərdə kimi 2020-ci ildə 44 günlük Vətən  müharibəsinin gedişində gördük, tanıdıq”.
Bunu Qaynarinfo-ya 44 günlük müharibədə qazanılan qələbədə Prezidentin rolu, həmin dövrdə onun həyata keçirdiyi siyasətdən danışarkən siyasi şərhçi Əziz Əlibəyli deyib. 
"İlham Əliyevin hələ 2018-ci il seçkilərindən dərhal sonra səsləndirdiyi bir fikir var idi ki, yeni trendlərə uyğun dövlət qurulacaq, bu islahatlar dövləti, müasir çağırışların idarəetmə dövləti, yeni yetişən nəslə adekvat olaraq fəaliyyət göstərə biləcək, proaktiv fəaliyyəti üstün tutacaq bir dövlət modeli olacaq. Bildiyimiz kimi 2019-cu ildən etibarən bir sıra struktural islahatlara gedildi. O cümlədən dövlətin idarə edilməsində ictimai rəyin nəzərə alınması institutlaşdı və ilk dəfə Sosial Tədqiqatlar Mərkəzi təsis edildi. Bu gün artıq 3-cü ildir ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin nəzər alınmasında, sosial dinamikanın müəyyən edilməsində, o cümlədən, əhalinin fikrinin düşüncəsinin müəyyən ölçülməsində açıq və qapalı arayışlar şəklində dövlət rəhbərliyinə təqdim edilməsində və onların təkliflər vasitəsi ilə əsaslandırılması xüsusi bir yol keçib”, deyə siyasi şərhçi qyd edib.
O bildirib ki, Prezidentin fəaliyyətinin cəmiyyət rəyində ölçülməsini birmənalı şəkildə 2019-cu ildən indiqatorlarla müəyyən etməyə başlanıb:
"İnam indeksi” jurnalında hər rüb öyrənilən Prezidentin fəaliyyətinin qiymətləndirilməsində birmənalı şəkildə onun fəaliyyətinin müsbət payı 90 faizdən yuxarı olub. Burda Prezidentin həm daxili, xarici, iqtisadi, sosial, hərbi siyasətə - yəni cəmiyyət həyatının bütün istiqamətlərində həyata keçəcək konkret addımlara münasibət müəyyən edilib".
Əziz Əlibəyli qeyd edib ki, müharibə artıq İlham Əliyevin yeni idarəçilik keyfiyyətini ortaya qoydu: 
"Bu Ali Baş Komandan olaraq önə çıxartdığı vacib detal idi. Kifayət qədər ötkəm, xarici dil bilgiləri, hərbi qərarlarda çeviklik, qələbənin əldə edilməsinə yönəlik davranışlarda adekvat addımlar, bütün bunlar yeni keyfiyyət idi”. 
Ekspert qeyd edib ki, Prezidentin bu siyasəti ictimai rəydə ölkə rəhbərinin dəstək faizi tarixinin ən yüksək dönəmi olduğunu da göstərir. 
Əziz Əlibəyli bildirib ki, bundan sonrakı hədəf Zəngəzur dəhlizinin açılmasının reallaşdırlmasıdır:
"Bu ideya şəxsən Prezidentin özünə aiddir. Prezidentin hələ müharibə dönəmində tvitləri, xarici media orqanlarına müsahibələri çox "klişeləşməmiş” bir novatorluq idi və nəhayət ki, biz bütün bunların davamı olaraq izlədiyimiz Qarabağa, "Böyük Qayıdış”a yönəlik atılan addımlar, tədbirlər, Zəngəzura yönəlik sülh danışıqlarındakı mövqeyi, son olaraq da İran və Rusiyaya yönəlik addımlar kifayət qədər ölkə reytinqində də yüksək qiymətini göstərməkdədir. Biz düşünürük ki, XXI əsrin 20-ci illərində bu yeni milli ideologiyanın formalaşmasıdır. Yeni beynəlxalq münasibətlər sistemində ölkənin yerinin müəyyənləşməsidir, milli təhlükəsizliyimizə təhdid olan ölkələr qarşısında açıq şəkildə mövqe ortaya qoyulması, Azərbaycan ordusunun NATO standartlarında inşa edilməsidir. 2026-cı ilə qədər sosial inkişaf konsepsiyasının müəyyən edilməsi, 2030-cu il milli prioritetlərin müəyyən olunması, vətəndaş cəmiyyətinin qurulması, vətəndaşların sosial inkişafı, ölkə idarə edilməsindəki kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə çevrilməsi və əlbəttə bütün bunların sonunda tarixin vpolitik qasırğalar fonundan Azərbaycanın güclü inkişafına öz imzasını atması ilə yekunlaşacaq”.
Günay İlqarqızı