Xəbər lenti

Vətən müharibəsində yaralanan hərbi qulluqçumuz şəhid oldu
Ölkə12:31 29.01.2021

Vətən müharibəsində yaralanan hərbi qulluqçumuz şəhid oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.
"Report”un xəbərinə görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.
O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.
Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.
Allah rəhmət eləsin!