Xəbər lenti

Vətəndaşlara at əti satmaq istəyən Anar - FOTOLAR
Ölkə11:34 01.04.2017

Vətəndaşlara at əti satmaq istəyən Anar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kürdəmir rayonunda at əti satmaq istəyən şəxs saxlanılıb.
"Qaynar" APA-ya istinadən xəbər verir ki, rayonun Xınıslı kənd sakini Anar Bağırov özünə məxsus həyətyanı sahədə iki atı kəsərək Kürdəmir rayonunun Yenikənd kənd sakini Tahir Kərimova məxsus “Mercedes” markalı avtomobillə satmağa apararkən polis əməkdaşları tərəfindən tutulub.
Rayon Baytarlıq Xidmətinin əməkdaşları müsadirə olunan at ətindən müayinə üçün nümunə götürüblər.
Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirir.
Qeyd edək ki, bu fakt Anar Bağırovun ilk qanunsuz əməli deyil. Belə ki, o bundan əvvəl də at əti satışına görə saxlanılıb. 
Qaynar.Az