Xəbər lenti

Veteranlar evinə hücum: 3 ölü
Dünya06:35 10.03.2018

Veteranlar evinə hücum: 3 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Kaliforniya ştatında yerləşən veteranlar evinə silahlı hücum olub.
Qaynarinfo USA Today-ə istinadən xəbər verir ki, silahlı şəxs binaya daxil olaraq insanları əsir götürüb. Saatlar sonra çox sayda atəş səsi eşidilib.
Səhər saatlarında silahlı şəxs və 3 qadının ölü bədəni polis tərəfindən aşkar edilib.
Qeyd edək ki, "Yountville" Veteranlar Evi 1884-cü ildə qurulub və ABŞ-ın ən böyük bu tipli müəssisəsidir. II Dünya Müharibəsi, Vyetnam, İraq və s. müharibələrin təxminən 1100 veteranı burada yaşayır.
Gülşən