Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən 21 il ötür.
Partiyadan Qaynar.info-ya verilən xəbərə görə, partiyanın 1992-ci il sentyabrın 26- da Gənc Tamaşaçılar Teatırında təsis qurultayı keçirilərkən irəli sürdüyü “Nicatımız Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühatində ana xətt kimi öz əhəmiyyətini saxlamaqdadır.
Partiyanın hazırkı sədri Millət Vəkili Sabir Rüstəmxanlıdır. Partiya Azərbaycan Parlamentində 3 millət vəkili ilə təmsil olunur.
VHP-nin bir çox üzvləri hazırda İctimai Palata və Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunmaqdadır.