Xəbər lenti

Vilayət Eyvazov yüksək vəzifəli polkovniki təqaüdə göndərdi
Ölkə10:40 26.10.2022

Vilayət Eyvazov yüksək vəzifəli polkovniki təqaüdə göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Orqanlarında yeni kadr təyinatı baş tutub.
Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Müşfiq Aslanov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Digər əmrlə polis polkovnik-leytenantı Emil Comərdov Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilən Emil Comərdov bundan əvvəl Çevik Polis Alayında çalışıb.