Xəbər lenti

Vinisiusla bağlı qərar:
İdman 18:20 06.08.2026

Vinisiusla bağlı qərar: "Real"da qalır, ya gedir?

İspaniyanın "Real Madrid" klubu braziliyalı hücumçu Vinisius Juniorla müqavilənin uzadılmasına çox yaxındır. 

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmış transfer insayderi Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, avqustun 5-də klub və futbolçu arasında həlledici danışıqlar keçirilib və tərəflər demək olar ki, bütün fikir ayrılıqlarını aradan qaldırıblar. Yaxın vaxtlarda uzunmüddətli yeni müqavilənin imzalanacağı gözlənilir.

Bundan əvvəl "Real Madrid" rəhbərliyi futbolçunun agenti ilə görüşərək mövsümə görə 22 milyon avro maaş nəzərdə tutan müqavilə təklif etmişdi. Lakin Vinisiusun tərəfi mövsümə 30 milyon avro qazanmaq istədiyi üçün bu təklifi qəbul etməmişdi.

Daha sonra İngiltərənin "Arsenal" klubu futbolçunun transferi üçün 105 milyon funt sterlinqdən (təxminən 123 milyon avro) artıq məbləğ təklif etməyə hazır idi. Bununla belə, "Real Madrid" oyunçunun satışından təxminən 137 milyon funt sterlinq (təxminən 160 milyon avro) gəlir əldə etməyi planlaşdırırdı.

26 yaşlı Vinisius Juniorun "Real Madrid"lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir. "Transfermarkt" portalı onun bazar dəyərini 140 milyon avro qiymətləndirir.

Vinisius 2018-ci ildən "Real Madrid"in formasını geyinir. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə ilə yadda qalıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->