Əfqanıstanda vitse-prezident postuna namizəd Əmrullah Salehin Kabildə yerləşən ofisinə silahlı hücum təşkil edilib.
Qaynarinfo xəbər verir ki, yerli medianın yaydığı məlumata görə, Salehin rəhbəri olduğu Milli Hərəkatın qərargahı yaxınlığında partlayış törədilib, sonra isə bina atəşə tutulub.
Hadisə zamanı Ə.Saleh yüngül xəsarət alıb, digər 20 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Hücum edən 3 nəfərin zərərsizləşdirildiyi bildirilir. Təhlükəsizlik əməkdaşlarının iştirakı ilə 6 saat davam edən əməliyyatda 150 nəfər evakuasiya edilib.
Hücumu hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Gülşən