Xəbər lenti

Vitse-spiker Ukrayna dilində mahnı oxuydu, göz yaşlarını saxlaya bilmədi
Dünya08:43 10.05.2022

Vitse-spiker Ukrayna dilində mahnı oxuydu, göz yaşlarını saxlaya bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Estoniya parlamentinin vitse-spikeri Hanno Pevkur öz ölkəsini rus işğalçılarından müdafiə edən Ukrayna xalqına dəstək ifadə etmək üçün "İstedadlar şousu”nda "Ukraynalı qardaşlar” mahnısı ifadə edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Televiziya Xəbər Xidməti məlumat yayıb. 
"Bu mahnı 2014-cü ildə, Ukraynada müharibə yeni başlayanda yazılmışdı. Mahnı Ukrayna müdafiəçilərinin himninə çevrildi. Onu ilk dəfə eşidəndə dərhal insanın ruhuna hopur. Bu, çox təsirli və məni göz yaşlarında boğan mahnıdır. Bu baxımdan onu bütün müdafiəçilərə - təəssüf ki, bizi tərk edənlərə və Ukraynanı müdafiə edənlərə həsr edirəm”, deyə vitse-spiker bildirib. 
Yeri gəlmişkən, Pevkur mahnını Ukrayna dilində ifa edib. Siyasətçi mahnını oxumağa başlayanda tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Bəziləri hətta göz yaşlarını saxlaya bilməyib. Pevkurun özü də emosiyalarına hakim ola bilməyib və mahnının sonunda ağlayıb. 
Seyid