Dünya 10:39 27.06.2022

Vladimir Putinin Ukraynanın işğalından sonra ilk xarici səfəri

Rusiya dövlət televiziyası prezident Vladimir Putinin yaxın günlərdə keçmiş Sovet İttifaqının iki ölkəsinə səfər edəcəyini bildirib.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Putinin Mərkəzi Asiyada Tacikistan və Türkmənistana səfəri Rusiya prezidentinin Ukraynaya hücum əmrindən sonra ilk xarici səfəridir.

Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi və indiyə qədər davam edən müharibə minlərlə insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olub.

 Hücum Qərb ölkələrini Rusiyaya qarşı ağır iqtisadi və maliyyə sanksiyaları tətbiq etməyə sövq edib. Putinin sözlərinə görə, bu addım Çin, Hindistan və İran kimi ölkələrlə daha güclü iqtisadi əlaqələr qurmaq üçün səbəbdir.

Rusiya telekanalı Putinin gələn həftə Türkmənistan və Tacikistana gedəcəyini və daha sonra Moskvada İndoneziya prezidenti Coko Vidodonu qəbul edəcəyini bildirib.

M.Arif