Xəbər lenti

Volodin BMT-ni Baydeni "müharibə cinayətkarı" kimi məsuliyyətə cəlb etməyə çağırdı
Dünya14:39 19.10.2023

Volodin BMT-ni Baydeni "müharibə cinayətkarı" kimi məsuliyyətə cəlb etməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin BMT-ni ABŞ prezidenti Co Baydeni "müharibə cinayətkarı” kimi məsuliyyətə cəlb etməyə çağırıb. Spikerin fikrincə, amerikalı siyasətçi Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin günahkarıdır, çünki o, İsrailə hərbi yardım edir və eyni səbəbdən onu Ukraynada müharibənin "qızışdıranı” hesab etmək olar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” yazır.
"Siz Baydenin bəyanatları ilə tanışsınız: o, fələstinlilərə 100 milyon vəd edir - eyni zamanda İsrail və Ukraynaya 100 milyard ayırır. Bu vəziyyətdə müharibə bitə bilməz. Ya onlar (ABŞ-red.) buna son qoymalıdırlar, ya da Birləşmiş Millətlər Təşkilatı bu və digər münaqişələri alovlandıran şəxs olaraq onu hərbi cinayətkar kimi məsuliyyətə cəlb etməlidir", deyə Volodin bildirib. 
Volodin xatırladıb ki, həm Rusiya, həm də Braziliya BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdə nizamlanmaya dair qətnamə layihələri təklif ediblər, lakin hər iki sənəd ABŞ tərəfindən bloklanıb: 
"Bütün parlamentlərdə bu barədə danışmaq lazımdır. Ümumilikdə yox, aydın şəkildə bu faciəni törədənləri qeyd edərək. Bayden cavab verməlidir.
Nizami Bağırov