Rusiyanın Volqoqrad şəhərinin sakinləri gecə saatlarında partlayış səsi eşidiblər, bundan sonra elektrik yarımstansiyasında yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalı Astra və Volqoqrad nəşri v1.ru
yazıb.
"Sovetskaya” yarımstansiyasında yanğının olduğu bildirilir.
Şəhərin Voroşilovski rayonu işıqsız qalıb: evlərdə işıqlar sönüb, işıqforlar və küçə işıqları işləmir.
Qeyd olunur ki, partlayışın səbəbləri məlum deyil.
Alpər