Rusiyanın Volqoqrad şəhərində "LiAZ" markalı avtobusun salonunda törədilmiş partlayış nəticəsində xəsarətalanlar arasında azərbaycanlı da var.
Ans press Volqaqrad vilayəti qubernatorunun saytına istinadən bildirir ki, yaralananlar arasında 16 yaşlı Əliyev Nail Naib oğlunun da adı var.
Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər ölüb, 28 nəfər isə yaralanıb. Xəsarət alanlardan 8-nin vəziyyəti ağırdır.
Xəsarət alanların siyahısı Volqaqrad vilayəti qubernatorunun saytında yerləşdirilib.
Avtobustda partlayışda ölənlərin ailələrinə 1 milyon rubl (24 600 manat), ağır xəsarət alanların ailələrinə 400 min rubl (9840 manat), yerdə qalan xəsarətalanların ailələrinə 100 min rubl (2460 manat) manat maddi yardım ediləcək.
Xatırladaq ki, bir qədər əvvəl verilən məlumata görə, Rusiyanın Təhqiqat Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin avtobusda partlayışı 30 yaşlı Dağıstan vətəndaşı Naida Axiyalavo törədib. Təhqiqatçıların məlumatına görə, qadın dayanacaqlardan birində avtobusa minib və dərhal partlayış baş verib. Qaynar.info