Xəbər lenti

“Volvo” – milyonların həyatını xilas edən avtomobil
Ekonomiks11:33 03.02.2020

“Volvo” – milyonların həyatını xilas edən avtomobil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Volvo” ecazkar isveç dizaynına malik unikal premium brenddir. O, dünyanın ən təhlükəsiz avtomobili kimi qalmaqda davam edir. 
1959-cu ildə məhz "Volvo” mühəndisləri tərəfindən kəşf olunan 3 nöqtəli təhlükəsizlik kəməri bu günümüzə qədər bütün avtomobil istehsalçıları tərəfindən istifadə olunmaqdadır. Məhz bu təhlükəsizlik kəmərinin kəşf olunmasından sonra, "Volvo” 1 000 000-dan artıq insanın həyatını xilas etmişdir. Nəinki yaşlı insanların, hətta uşaq oturacağının kəşfi ilə, körpələrin də təhlükəsiz şəkildə hərəkət etməsində "Volvo”-nun müstəsna rolu vardır. Artıq 2019-cu ildən bəri qeyd olunan marka təkcə kişi sürücülərin deyil, qadınların da rahat və təhlükəsiz hərəkət etməsi üçün müxtəlif metodlar tətbiq etməyə başlayıb. 
1927-ci ildən fəaliyyət göstərən İsveç brendi dünya avtomobil bazarında özünəməxsus yer tutmaqla, ildən ilə satış rəqəmlərini artırmaqda davam edir. Təkcə 2018-ci ildə dünyanın 100-dən artıq ölkəsində 642 253 avtomobilin satılması buna bariz nümunədir.
Məlum olduğu kimi, "Scandinavian Auto” QSC "Volvo” avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsidir. Yerli bazarda "Volvo” bütün model cərgəsi ilə təmsil olunur: XC90, XC60, XC40, S90, S60 və s. Qeyd edək ki, bu avtomobillərin benzin, hibrid və elektrik mühərrikli növlərini rəsmi nümayəndəlikdən əldə etmək mümkündür. Bundan başqa, "Volvo”-nun Azərbaycan nümayəndəliyi bütün standartlara cavab verən texnologiya və ən əsası təcrübəli və peşəkar ustalarla servis mərkəzində xidmətinizdədir.