Xəbər lenti

Vorobyov Ermənistana xəbərdarlıq etdi: "Riskləri nəzərə alın"
Dünya09:46 21.07.2023

Vorobyov Ermənistana xəbərdarlıq etdi: "Riskləri nəzərə alın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamenti ölkənin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir. 
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Şurası ilə Ermənistan Milli Assambleyanın arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclasında Federasiya Şurası sədrinin müavini, parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Yuri Vorobyov deyib. 
Bundan əvvəl məlumat verilmişdi ki, respublika hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərmək niyyətindədir.
"Bizim anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərə münasibətdə Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Biz ondan çıxış edirik ki, erməni həmkarlarımızın bu addımı anti-Rusiya kontekstinə malik deyil, lakin buna baxmayaraq, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Biz müttəfiqlərimizi Roma Statutuna qoşulmağın nəticələrini bir daha diqqətlə nəzərdən keçirməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq. Belə olan halda mən parlamentarilərə müraciət edirəm”, - Vorobyov bildirib.
Parlamentlərarası komissiyanın Ermənistan tərəfdən həmsədri, Milli Assambleyanın sədr müavini Akop Arşakyan da öz növbəsində bildirib ki, hazırda ratifikasiya prosesi dayandırılıb, xarici işlər nazirlikləri səviyyəsində danışıqlar aparılır. "Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyasına gəlincə, 2023-cü il iyulun 20-də bu məsələ ilə bağlı müsahibəmdə hadisələrin xronologiyasını təqdim etdim, bu da bu prosesin Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Federasiyasının prezidentinə qarşı çıxardığı qərardan əvvəl başlandığını əyani şəkildə sübut edir. Və bu fakt sübut edir ki, ratifikasiya prosesi qeyd olunan məhkəmə qərarı ilə bağlı deyil. Ermənistanın hakim partiyası və komandamızın bunun bizim münasibətlərimizə hər hansı formada təsir etmək niyyəti və istəyi yoxdur. Əminəm ki, biz nəticə əldə edəcəyik ki, Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı proses Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməsin”, - deyə Arşakyan bildirib.
Nizami Bağırov