Xəbər lenti

Vulkanik püskürmələrin səbəbi bu sirli
Dünya 21:37 29.07.2025

Vulkanik püskürmələrin səbəbi bu sirli "qabarcıqlar" ola bilərmi?

Alimlər uzun illərdir vulkan püskürmələrini öncədən təxmin etmək üçün yollar axtarır. Belə bir imkan, minlərlə insanın həyatını xilas edə bilər. Son araşdırmalar bu məqsədə bir addım daha yaxınlaşıldığını göstərir.

Qaynarinfo xəbər verir ki, Yer qabığının altı qaynar maqma ilə doludur və əslində, qitələr bu maye qatı üzərində "üzür”. Bəzən isə bu maqma yer səthinə qalxaraq dağıdıcı və ölümcül vulkan püskürmələrinə səbəb olur – Pompey şəhərinin məhvi buna klassik nümunədir.

İndi isə alimlər, maqma təbəqəsinin içində iki qitə böyüklüyündə nəhəng və müəmmalı strukturlar aşkar ediblər. Bunlara BLOB (ing. Big Low-Shear-Velocity Provinces) – yəni "aşağı sürətli kütlə strukturları" deyilir.

BLOB-ların dəqiq tərkibi hələ məlum deyil. Amma alimlər onların ətraf mühitdən fərqli maddələrdən ibarət bərk və birləşik strukturlar ola biləcəyini düşünür. "Communications Earth & Environment" jurnalında yayımlanan yeni tədqiqatda iddia olunur ki, bu BLOB-lar Yer kürəsinin vulkanik aktivliyinə birbaşa təsir göstərir.

Araşdırmaçılar bu BLOB-ların hərəkətini 1 milyard il əvvələ qədər kompüter modelləri ilə izləyiblər. Nəticədə məlum olub ki, bu kütlələr mantiyanın yuxarı qatlarına doğru hərəkət edən sütunlar yaradır və bu sütunlar böyük vulkan püskürmələrinin baş verdiyi ərazilərlə üst-üstə düşür.

Bu isə o deməkdir ki, son 1 milyard ildə baş verən əksər vulkanik püskürmələr ya birbaşa bu BLOB-ların üstündə, ya da çox yaxınlığında meydana gəlib.

Tədqiqatçılar bildirir ki, vulkanların aktivliyi, Yer səthindən minlərlə kilometr aşağıda yerləşən bu nəhəng strukturlarla əlaqəli ola bilər. Əgər bu əlaqənin mahiyyəti tam başa düşülərsə, BLOB-ların hərəkət istiqaməti və forması izlənilə bilsə, bu vulkanların nə vaxt və harada baş verə biləcəyini proqnozlaşdırmaqda mühüm rol oynaya bilər.

Bu kəşf göstərir ki, yerin ən dərin qatlarında baş verən proseslər, səthdəki hadisələrə – hətta fəlakətli vulkan püskürmələrinə belə – birbaşa təsir göstərə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->