Almaniyada vəfat edən azərbaycanlı qrossmeyster Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq
Bu barədə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, mərhumla vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq. Tədbir saat 11:00-da başlanacaq. Saat 15:00-da cənazə götürüləcək və torpağa tapşırılmaq üçün “Qurd Qapısı”nın yaxınlığındakı qəbiristanlığa aparılacaq.
Dəfndən sonra isə “Təzəpir” məscidində ehsan veriləcək. /aznews.az/