Xəbər lenti

Vüsalə Mahirqızı Nicat Dağlarla bağlı təklif verdi
Ölkə12:07 10.07.2013

Vüsalə Mahirqızı Nicat Dağlarla bağlı təklif verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhhətinndə ciddi problemlər ortaya çıxan tanınmış jurnalist Nicat Dağlara daha bir dəstək “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızıdan gəlib.

V. Mahirqizi “Qafqazinfo”ya açıqlamasında Nicat Dağların əməliyyatı üçün lazım olan vəasitin toplanmasına kömək məqsədi ilə təklif irəli sürüb: “Nicat Dağlar Azərbaycanın dəyərli jurnalistlərindən biridir. Biz onun səhhəti ilə bağlı xəbərləri həyəcanla izləyirik. Bu axşam APA TV-nin efirində Mətbuat Şurasının sədri ilə də bu məsələni müzakirə edəcəyik. APA olaraq biz artıq açılan hesaba öz imkanlarımız daxilində pul köçürmüşük. Ancaq söhbət 50 min avroluq məbləğdən getdiyi üçün daha bir təşəbbüsümüz var. Biz Nicata köməklik göstərən istənilən şirkətin reklamını pulsuz həyata keçirməyi öz üzərimizə götürürük”.

Qaynar.info