Avstriyanın paytaxtı Vyanada üç günlük matəm elan olunub.
Qaynarinfo xəbər verir ki, hökumət dünən törədilən terror hücumu nəticəsində dünyasını dəyişənlərin xatirəsinə ehtiram olaraq belə bir addım atıb.
Ölkə ərazisində noyabrın 3-dən 5-dək matəm elan edilib.
Qeyd edək ki, terror aktı nəticəsində 4 nəfər ölüb, 15 vətəndaş yaralanıb.