Xəbər lenti

"WhatsApp"da hər kəsin gözlədiyi yenilik
Texnologiya15:48 21.01.2019

"WhatsApp"da hər kəsin gözlədiyi yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"WhatsApp” messenceri bir istifadəçinin eyni mesajı təkrar olaraq göndərməsini məhdudlaşdırır.
Modern.az-ın BBC-yə istinadən məlumatına görə, yeni qaydalarla bir ismarıcı maksimum beş istifadəçiyə göndərmək olacaq.
Bundan əvvəl bir istifadəçi eyni mesajı ən çoxu 20 dəfə göndərmək imkanına malik olub. Messencerə sahib olan "Facebook” yalan informasiyanın yayılması ilə mübarizə fonunda "WhatsApp”da bu yeni qaydaları tətbiq edir.
Bu məhdudiyyət artıq altı aydır ki, Hindistanda fəaliyyət göstərir. Hindistan hakimiyyəti "Facebook”u "WhatsApp”da qeyri-qanuni materialların paylaşımına nəzarət etməyə məcbur edəcək qanunun qəbul edilməsini müzakirə edir.