Xəbər lenti

WikiLeaks yenə qalmaqallı məxfi sənədlə gündəmdə: Bu dəfə kimyəvi silah...
Dünya16:00 28.12.2019

WikiLeaks yenə qalmaqallı məxfi sənədlə gündəmdə: Bu dəfə kimyəvi silah...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
WikiLeaks Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının (OPCW) Suriyanın paytaxtı Şamın Şərqi Quta bölgəsindəki Dumada kimyəvi silah istifadəsi ilə bağlı apardığı istintaqın düzgünlüyünü şübhə altına alan yeni sənədlər nəşr edib.
Qaynarinfo xəbər verir ki, WikiLeaks yeni işfşaedici sənədləriylə OPCW-dəki Kabinet başçısı Sebastian Brahanın müfəttişi İan Hendersona Dumada kimyəvi silahdan istifadə olunması iddiasının qurama olduğunu ortaya çıxaran sənədi təşkilatın Qeydlər Arxivindən çıxarmağı və "çatdırılma, saxlama, hər hansı bir iz varsa, aradan qaldırmağı” əmr etdiyini ortaya qoyur.
WikiLeaks saytının yayımladığı başqa bir sənədə görə, bir toplantıda hücumun qurbanı olduğu iddia edilən və bildirilən simptomların xlor qazından zəhərlənmə ilə uyğun olub-olmadığı haqda fikirləri soruşulan toksikoloji mütəxəssisləri simptomlarla xlora məruz qalma arasında heç bir əlaqə olmadığı qənaətinə gəliblər.
"Sputnik”in verdiyi xəbərə görə, ifşa edilən sənəddən eləcə də Baş müfəttişin Dumadakı hadisənin "təbliğat xarakterli bir oyun” olduğunu deməsi də üzə çıxır.
WikiLeaks keçən ay yaydığı ifşaedici sənədlərdə ABŞ, İngiltərə və Fransanın Dumadakı hava hücumları ilə bağlı OPCW araşdırmalarının təhrif edildiyini də ortaya qoymuşdu.
WikiLeaks OPCW mütəxəssisi tərəfindən yayımlanan elektron poçtun məzmununa əsasən, həmkarlarının Dumadakı hücumlar haqqında məlumatları qəsdən təhrif etdiklərini və araşdırma qrupunun Qərb qüvvələrinin hücumundan sonra orada əldə edilən tapıntıları dəyişdirdiyini də bildirib.
WikiLeaks-in yaydığı bu sənədlər ötən il Dəməşqi hücumda ittiham etmək üçün birləşən az qala bütün Qərb KİV-ləri tərəfindən rədd edilib.