Avropa Nüvə Araşdırmaları Mərkəzində çalışan bir alimin "Fizika kişilər tərəfindən inşa edilib" fikrindən uzun müddət keçmədən 2018-ci ildə fizika üzrə Nobel mükafatının qadın fizikə verildiyi açıqlanır.
Və qısa müddət sonra ortaya çıxdı ki, Nobelin 116 illik tarixi ərzində fizika üzrə bu mükafatı alan 4-cü qadın - Donna Striklendin dünyanın ən məşhur pulsuz internet ensklopediyası olan "Wikipedia"da səhifəsi yoxdur.
Maraqlısı budur ki, Nobel mükafatını almamışdan bir qədər öncə, may ayında "Wikipedia"nın redaktorlarına Striklendin araşdırmalarından bəhs edən bir məqalə göndərilir, lakin dahi fizikin o qədər də məşhur olmadığı və araşdırmalarının önəmsiz olduğu əssas gətirilərək, səhifəsinin yaradılması qəbul olunmur.
Bəlkə də ən önəmlisi Striklendin üzvü olduğu Kanada Vaterloo Universiteti tərəfindən professorluğa layiq görülməməsidir.
Qeyd edək ki, Striklend optik maqqaş adı verilən və bioloji sistemlərin araşdırılmasında istifadə edilən lazer texnikası yaratdığı üçün mükafata layiq görülüb.