ABŞ-ın "The Washington Post” nəşri ili 100 milyon dollar zərərlə başa vuracaq və çox güman ki, işçilərini 10% ixtisar edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” özü məlumat
yayıb.
Qeyd olunur ki, nəşr 100 milyon dollarlıq itki fonunda işçilərinin təxminən 10%-ni ixtisar etməyi də planlaşdırır. Ümumilikdə, redaksiya 940-a qədər jurnalisti ixtisar edəcək.
Bundan əlavə, "The Washington Post”un yeni baş direktoru müəyyən edilib. Bu, "Dow Jones”un keçmiş baş direktoru və "The Wall Street Journal”ın naşiri Uilyam Lyuisdir.
Lyuis 2024-cü il yanvarın 2-də işə başlayacaq və iyun ayında müvəqqəti icraçı direktor təyin edilmiş Petti Stounsayferi əvəz edəcək.
"The Washington Post” "Amazon”un qurucusu milyarder Ceff Bezosa məxsusdur.
Əlavə edək ki, qəzetin gəlirinin böyük hissəsi indi nəşrin təxminən 2,5 milyon abunəçisi olan rəqəmsal biznesindən əldə edilir.
Nizami Bağırov