Xəbər lenti

WP ABŞ zabitinin Ukrayna ilə bağlı məxfi sənədləri niyə “sızdırdığını” üzə çıxardı
Dünya10:50 14.04.2023

WP ABŞ zabitinin Ukrayna ilə bağlı məxfi sənədləri niyə “sızdırdığını” üzə çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1Pentaqonun sənədlərini sızdırmaqda şübhəli bilinən Amerika hərbi zabiti Cek Teyşeyra Ukraynadakı müharibəni bir-birinə yaxın olması lazım olan ölkələr arasında "qəliz” döyüş kimi qiymətləndirib. 
Qaynarinfo "Unian"a istinadla xəbər verir ki, bu barədə "Washington Post" yazır.
Teyşeyrin məxfi sənədləri dərc etdiyi qapalı Discord serverinin üzvü bildirib ki, o, ilk dəfə 2022-ci ilin fevralında dostlarına gizli məlumatları göstərməyə başlayıb.
"O, (Ukraynadakı müharibəni) "ayrılmaq üçün səbəblərdən daha çox ortaq cəhətlərə malik olan iki ölkə” arasında "qəliz” döyüş kimi qiymətləndirdi”, – Teyşeyranın dostu jurnalistlərə deyib.
Gənc zabit gizli sənədləri dərc etmək qərarını onunla izah edib ki, "onun fikrincə, dostu olan və etibar edilə bilən insanları" maarifləndirmək, həmçinin onları "kənarda gedən təbliğatdan azad etmək" istəyir.
Eyni zamanda, onlayn qrupun üzvləri gizli sənədləri qapalı Discord serverindən kənar heç kimlə paylaşmayacaqlarına söz verdilər, çünki bu, ABŞ-a zərər verə bilər.
Nəşrin həmsöhbəti serverdə iştirak edənlərin bəzilərinin rus və ukraynalı olması ilə bağlı yayılan xəbərləri də təkzib edib. Onun sözlərinə görə, iştirakçılardan biri özünü rus dəniz zabiti kimi göstərsə də, əslində Kentukkidə yaşayır.
Alpər