Xəbər lenti

WP: ABŞ Zelenskini Kiyevdən təxliyə etməyə hazırdır, o isə imtina edir
Dünya10:06 26.02.2022

WP: ABŞ Zelenskini Kiyevdən təxliyə etməyə hazırdır, o isə imtina edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hakimiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin Kiyevi tərk etməsinə kömək etməyə hazırdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ və Ukrayna rəsmilərinə istinadən Washington Post qəzeti yazıb.
Nəşr yazır ki, "ABŞ hökuməti lazım gələrsə, Ukrayna prezidenti Vladimir Zelenskiyə Kiyevi tərk etməyə kömək etməyə hazırdır”, lakin o, "indiyə qədər getməkdən imtina edib”.
Zelenskinin irəliləyən Rusiya qüvvələrinin əlinə keçmə riski olduğu halda bu ssenari nəzərdən keçirilir.
WP-nin yüksək səviyyəli mənbəsi bildirib ki, ABŞ rəsmiləri son günlər Zelenski ilə "müxtəlif təhlükəsizlik məsələləri, o cümlədən hökumətin davamlılığını təmin etmək məqsədiylə onun üçün ən təhlükəsiz yerlər” barədə danışıblar.
Nəşrin istinad etdiyi Ukrayna rəsmisi izah edir ki, Zelenski onu ölkənin başqa şəhərinə, məsələn, ATƏT nümayəndələrinin artıq təxliyə etdiyi Lvova aparmaq əmri verməyib.
Alpər