Xəbər lenti

WP
Dünya 16:40 09.09.2024

WP "itkin düşmüş" keçmiş naziri tapdı - Nəşriyyatda kiçik vəzifə verilib

Keçən il "yoxa çıxan" Çinin keçmiş xarici işlər naziri Qin Qanq Çin Xarici İşlər Nazirliyinin tabeliyində olan dövlət nəşriyyatı "World Affairs Press"də aşağı səviyyəli vəzifəyə təyin edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə iki keçmiş amerikalı məmura istinadən "The Washington Post" (WP) yazıb.

Nəşrin mənbələrinə görə, 58 yaşlı Qin Qanq nəşriyyatda "kağız üzərində" işləyir. Onlar iddia edirlər ki, aşağı salınma onun gözdən düşdüyünə və sistemdən kənarlaşdırılmasına işarədir.

"O, həbsxanaya getməyəcək, amma karyerası bitdi", deyə bir məmur bildirib.

Mənbələrə görə, Qin Qanqın aşağı vəzifəyə salınması təkcə cəza deyil, həm də ona xəbərdarlıqdır.

Qin Qanq 2022-ci ilin dekabr ayının sonunda Çin Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib. 2023-cü il iyulun sonunda o, Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) Daimi Komitəsinin qərarı ilə bu vəzifədən uzaqlaşdırılıb. Van I Çin Xarici İşlər Nazirliyinin rəhbəri təyin edilib. "The Wall Street Journal" yazıb ki, Qin Qanq Vaşinqtonda fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışdığı dövrdə ABŞ-da nikahdankənar əlaqələrə görə işdən çıxarıla bilərdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->