ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns ötən həftənin sonunda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş keçirib və o, Rusiyanın hərbi əməliyyat çərçivəsində atacağı iddia edilən addımlar barədə danışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə The Washington
Post məlumatlı mənbələrə istinadən yazıb.
Açıqlanmayan görüşdə Berns Zelenskiyə "Rusiyanın qarşıdakı həftələr və aylar üçün hərbi planları ilə bağlı fərziyyələri” barədə danışıb”, - mənbələr bildiriblər.
Ukraynanın Qərbin hərbi yardımına nə qədər ümid edə biləcəyi məsələsi də müzakirə olunub. Eyni zamanda, nəşrin həmsöhbətləri iddia edirlər ki, MKİ rəhbəri "hansısa bir məqmada Kiyevə yardım göstərməyin daha çətin olacağını etiraf edib”.
Bundan əlavə, məqalədə deyilir ki, danışıqlar zamanı Berns "döyüş meydanında bu məqamın xüsusi əhəmiyyətini vurğulayıb”. The Washington Post qeyd edir ki, MKİ rəhbərinin səfəri "kritik məqamda” baş tutub.
Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuat xidməti hələlik Bernsin Ukraynaya səfərini təsdiqləməyib.
Alpər