Dünya 12:33 06.03.2023

WSJ: ABŞ Çini liman kranları vasitəsilə casusluq etməkdə şübhəli bilir

Pentaqon ABŞ-ın ölkədəki limanlarında olan Çin istehsallı liman kranlarının casusluq aləti kimi istifadə oluna biləcəyindən "xeyli narahatdır”.

Qaynarinfo xəbər verir ki, bunu "The Wall Street Journal” ABŞ əks-kəşfiyyat mənbələrinə istinadən yazıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, ZPMC istehsalçısının Çin kranlarını "hamının gördüyü yerdə gizlənən troya atı” ilə müqayisə etmək olar. Onlar nisbətən ucuz, yüksək keyfiyyətlidir və Birləşmiş Ştatlara ixrac və ya idxal edilən bütün konteynerlərin mənşəyini və təyinat yerini qeyd edə və izləyə bilən mürəkkəb sensorlar ehtiva edir.

ABŞ əks-kəşfiyyatının keçmiş yüksək rütbəli rəsmisi Bill Evanin deyib: "Kranlar həm də malların logistikasını pozmaq istəyənlər üçün uzaqdan giriş təmin edə bilər”. Eyni zamanda, o, ABŞ-ın casusluqda və məxfi məlumatların oğurlanmasında şübhəli bilinən telekommunikasiya şirkətinin fəaliyyəti ilə bağlı ittihamlarına istinad edərək, Çin kranlarında istifadə olunan texnologiyaları "yeni Huawei” ilə müqayisə edib. Evanin, "Bu, gizli kəşfiyyat toplanması kimi maskalanan qanuni biznesin mükəmməl birləşməsidir", - deyib.

Öz növbəsində, Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi WSJ-yə bildirib ki, ABŞ-ın casus kranlarla bağlı qorxuları "paranoyyadan qaynaqlanır” və Çinlə ticarət-iqtisadi əməkdaşlığa mane olmaq cəhdidir. "Çin kartı” oynamaq və "Çin təhlükəsi” nəzəriyyəsini yaymaq məsuliyyətsizlikdir və bu, ABŞ-ın maraqlarına zərər verəcək”, – Çin səfirliyi vurğulayıb.

Alpər