Xəbər lenti

WSJ: Misir Rəfaha görə İsraillə diplomatik əlaqələrin səviyyəsini aşağı sala bilər
Dünya 14:23 14.05.2024

WSJ: Misir Rəfaha görə İsraillə diplomatik əlaqələrin səviyyəsini aşağı sala bilər

Misir İsraillə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağı, həmçinin yəhudi dövlətini soyqırımda ittiham edən beynəlxalq məhkəmə işinə qoşulmağı düşünür. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” Misir rəsmilərinə istinadən yazır. 

Nəşrin yazdığına görə, İsrail cəmi bir neçə saat əvvəl Misiri Rəfahda hərbi əməliyyata başlayacağı barədə xəbərdar etdikdən sonra ölkələr arasında münasibətlər kəskinləşib. Həmim əməliyyat zamanı İsrail ordusu Misirlə sərhədin Qəzza tərəfində nəzarət-buraxılış məntəqəsini ələ keçirib.

Misir rəsmiləri bildiriblər ki, Qüds Qahirəni mühasirəyə alınmış anklava humanitar yardımın çatdırılması üçün əsas məntəqə olan nəzarət-buraxılış məntəqəsinə dəyməyəcək və oradakı fələstinlilərə ərazini təhlükəsiz şəkildə tərk etmələri üçün kifayət qədər vaxt veriləcəyinə əmin edib. Misir rəsmilərindən birinin sözlərinə görə, "bu təminatların heç biri gerçəkləşməyib”. İsrailin Baş naziri Benyamin Netanyahunun dediyi kimi, HƏMAS tərəfindən qaçaqmalçılığın qarşısını almaq üçün Rəfah keçid məntəqəsinə nəzarətin yaradılması zəruri idi.

Bundan əlavə, qəzet qeyd edir ki, Misir Rəfah keçid məntəqəsi İsrail ordusunun nəzarətində olduğu halda Qəzza zolağı ilə sərhədi açmaqdan imtina edib. Misirli rəsmilərdən biri deyib ki, İsrail qüvvələri nəzarət-buraxılış məntəqəsində qaldığı müddətcə Misir Rəfaha bir dənə də yük maşını göndərməyəcək.

Xatırladaq ki, mayın 12-də Misir Xarici İşlər Nazirliyinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya qoşulmağa qərar verdiyi bildirilib. Misir yəhudi dövlətini Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməyə çağırıb. Nazirlik Qəzzada eskalasiyanın artması və İsrailin fələstinlilərə qarşı təcavüzünün güclənməsi səbəbindən belə bir addım atmağa məcbur olduqlarını qeyd edib.

Mayın 10-da BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasına Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsi məsələsinə baxmağı tövsiyə edən qətnamə layihəsini razılaşdırıb. Əksər ölkələr bunun lehinə səs verib, 9 ölkə, o cümlədən ABŞ buna qarşı çıxıb. Vaşinqton BMT Təhlükəsizlik Şurasında bu qətnaməyə yenidən veto qoyacağını bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->