Müharibə zamanı Ukrayna hərbçilərinin itkisi gündə təxminən 30 nəfərin ölümü və 250 nəfərin yaralanmasıdır.
Qaynarinfo xəbər verir ki, bunu "The Wall Street Journal”a müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski
deyib.
Zelenski bildirir ki, Ukraynanın itkiləri "azalıb” – o, may və iyun aylarında itkilərin gündə 100-200 nəfər arasında dəyişdiyini demişdi.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna lideri də ərazilərin qaytarılmadan Rusiya ilə barışıq əldə edilməsinin yalnız münaqişənin uzanmasına gətirib çıxaracağını bildirmişdi.
Alpər