İnternetdə Rusiya prezidenti Vladimir Putinlə Xabarovsk sakinləri arasında birbaşa söhbət tələb edən onlayn ərizə ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, onlayn ərizədə deyilir: "İki həftə əvvəl bizim xalq qubernatoru Sergey İvanoviç Furqal tutularaq Moskvaya aparıldı. Ona ağır ittiham irəli sürülür. Rusiya Federasiyasının Prezidenti ilə Xabarovsk ərazisi və Uzaq Şərq sakinləri arasında birbaşa ünsiyyət yaradılmasını tələb edirik".
Müraciəti dəstəkləmək qərarını açıqlayan imza sahibləri, dürüst və açıq mühakimə tələb etdiklərini yazırlar.
Beləliklə, İrina Sokolovskaya yazır: "Açıq və ədalətli məhkəmə araşdırması tələb edirik: andlılar məhkəməsi, özü də Xabarovskda!!!".
Olqa Stepanova virtual imzasını belə izah edib: "Mən bu müraciəti imzalayıram, çünki hesab edirəm ki, prezident həm Xabarovsk diyarı, həm də bütün Uzaq Şərq sakinlərinin ağrılı suallarına cavab verməlidir!"
Alpər